9 iyn 2023 09:16
Türkiyənin Samsun şəhərində keçirilən istedadlıların üzə çıxarılmasına dair müsabiqədə fərqlənən Nisanur Ərbil uğurları ilə gündəm olub.
Metbuat.az xəbər verir ki, gözəlliyi ilə heyran edən 20 yaşlı idmançı qılıncoynatma üzrə Avropa çempionu olub. O həmçinin dünya ikincisidir. Qısa zamandakı uğuru ilə ölkəyə səs salan idmançının növbəti hədəfi olimpiya medalı qazanmaqdır. O bildirib ki, ailəsinin qılıncoynatma idmanından xəbəri olmadığı üçün onun bu idmana qoşulmasına qarşı çıxıblar. Lakin məşqçilərin danışığından sonra ailə razılıq verib. Nisanur Ərbil bildirib ki, orta məktəbdə oxuyarkən məktəbdə keçirilən istedad sınağında onun bacarıqlı olduğu güman edilib və qılıncoynatma idman növünə yönləndirilib.