15 iyn 2023 11:44
Ötən gün sosial şəbəkələrdə məzun günündə məktəblinin kuryer işlədiyi motosikletlə məzun libasında olan görüntüləri geniş müzakirələrə səbəb olub.
Metbuat.az "Xəbər Ertəsi"nə istinadən xəbər verir ki, fotonun müəllifi olan fotoqraf Azər Azadoğlu ilə bu anların necə ərsəyə gəlməsindən danışıb.
O qeyd edib ki, Binəqədi ərazisindəki məktəblərin birində məzun olan tələbənin adı Vüsaldır. Fotoqraf fotonu çəkdikdən sonra Vüsaldan icazəalıb və onun fotosunu paylaşıb.
"Onun atası vəfat edib. Ailədə 6 övlad - 2 qardaş, 4 bacıdırlar. Vüsal işləməyə məcbur olub. Mən ona təklif etdim ki,mənimlə çalışsın. Kuryeri daimi iş deyil, əziyyətlidir. Çalışacam ki, Vüsal hansısa bir peşəyə, əlimdən gəlsə, ona fotoqraflığı öyrədəcəm".