10 iyn 2023 03:26
Türkiyənin xarici işlər naziri Hakan Fidan Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrel ilə telefon danışığı aparıb.
Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Borrel Fidanı xarici işlər naziri təyin olunması münasibətilə təbrik edib.
Telefon danışığı zamanı Türkiyə-Avropa İttifaqı əlaqələri və regional inkişaf perspektivləri müzakirə olunub.