16 iyn 2023 16:52
Sabiq təhsil naziri Misir Mərdanov bir sıra maraqlı açıqlamalar verib.
Metbuat.az xəbər verir ki, o, "5 sual" verilişində qeyd edib ki, fəaliyyəti boyun heç kimdən rüşvət almayıb. O nazir olduğu müddətdə aldığı maaşı da açıqlayıb:
"Harada işləmişəmsə, çalışmışam ki, düzgün işləyim. Vətənimə, millətimə xalqım etmişəm və nəticəsini bu gün də görürəm. Hara gedirəmsə, mənə hörmət edirlər. Həmin dövrdə mənim haqqında yazanlar olub, yazdıranlar da olub. O dövrdə böyük vəzifə tutanlar da var idi ki, deyirdilər ki, niyə Misir Mərdanov gələndə hamı ayağa qalxır. Nazir olanda son illərdə harada 3000 manata yaxın əməkhaqqı alırdım. Onunla ailəmi dolandırırdım".
O bildirib ki, bu gün fəaliyyətinə görə, hpkumət tərəfindən ona 4600 manatdək təqaüd alır: "Eyni zamanda, AMEA-nın müxbir üzvüyəm, 1200 oradan maaş alıram. Bir 1000 manatda universitetdəön alıram. Aldığım əməkhaqqı ilə ailəmi dolandırıram".
Qeyd edək ki, Misir Mərdanov 1998-2013-cü illərdə Azərbaycanda təhsil naziri vəzifəsində olub.