METBUAT.AZ

Ölkə

Həcc ziyarəti bu tarixdən

14 iyn 2023 12:34

Azərbaycandan Həcc missiyası xətti ilə zəvvarlarımız iyun ayının 17-dən başlayaraq Səudiyyə Ərəbistanına müqəddəs Həcc ziyarətinə səfər edəcəklər.

Metbuat.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, 1440 azərbaycanlı zəvvar 8 təyyarə reysi ilə 17-21 iyun tarixlərində ziyarətə yola düşəcək.

Həcc ziyarətinin başa çatmasından sonra zəvvarlar təyyarə reysləri ilə 5-11 iyul tarixlərində Vətənə qayıdacaqlar.


metbuat.az.