19 iyn 2023 12:40
İstanbulda yaşayan 5 yaşlıq uşaq “Hörümçək adam”ı təqlid edərək 5-ci mərtəbənin pəncərəsindən tullanıb.
Metbuat.az xəbər verir ki, xəstəxanaya çatıdırılan uşağın burnu belə qanamadığı məlum olub. Onun bədənində kiçik xəsarətlər var. Məlumata görə, uşaq cib telefonundan izlədiyi videolardakı “Hörümçək adam” obrazını təqlid edib.