6 iyn 2023 15:31
Ukrayna Milli Polisi Xersondakı su bəndinin dağılması ilə əlaqədar Mykolayivka, Olhivka, Lyovo, Tyaginka, Poniativka, İvanovka, Tokarivka, Poniativka, Pridniprovske, Sadove ərazilərində insanları təxliyə olmağa çağırır.
Metbuat.az xəbər verir ki, suyun səviyyəsinin 10 metrə çatacağı barədə xəbərdarlıqlar edilir. Qeyd edək ki, Rusiyanın nəzarətində olan Xersondakı Kahovka bəndinə hücuma görə Rusiya və Ukrayna tərəfi bir-birilərini ittiham edir.