5 iyn 2023 10:24
Kişineuda sərhədin delimitasiyası ilə bağlı müəyyən irəliləyiş əldə edilib.
Metbuat.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan yerli mətbuata açıqlamasında deyib. O qeyd edib ki, intensiv danışıqlar davam edərsə, il sonuna kimi sülh sazişi imzalana bilər:
"Bütün əsirlərin qarşılıqlı azadlığa buraxılaşacağı halda, humanitar məsələlərdə irəliləyiş arta bilər. Hazırda intensiv danışıqlar aparılır. Belə davam edərsə, ilin sonuna kimi sülh sazişinin imzalanması mümkün olacaq".
Qeyd edək ki, iyulun 21-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş baş tutub.