METBUAT.AZ

Siyasət

İlham Əliyev Avropa Siyasi Birliyinin sammitində iştirak edir

1 iyn 2023 13:06

Azərbaycan Prezidenti İlham Əliyev Avropa Siyasi Birliyinin sammitində iştirak edir.

Metbuat.az xəbər verir ki, İlham ƏIliyevi Moldova Prezidenti Mariya Sandu qarşılayıb.

Sammitdə iştirak edənlər sırasında 40-dan çox ölkə lideri, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen, Avropa Parlamentinin Prezidenti Roberta Metsola və Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borrel var.

Tədbir Kişineudan 35 km aralıda yerləşən Bulboaka kəndində, Mimi qəsrində keçirilir.


metbuat.az.