METBUAT.AZ

İqtisadiyyat

İllik inflyasiya bu qədər olacaq -

5 iyn 2023 10:43

Aprel ayının illik inflyasiyası 12,8% təşkil edib.

Metbuat.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, burada əsas qiymətlərin artımıdır: “Mərkəzi Bankın aprel ayının proqnozlarına görə, ilin sonunda illik inflyasiya 8,3% olacaq. Bizim yanvar proqnozlarımız 7,9% olmuşdu. Dürüstləşmə rəqəmləri nəzərdən keçirildikdən sonra proqnoz 0,4% artaraq 8,3% olub”.


metbuat.az.