METBUAT.AZ

Dünya

​İlon Mask yenidən “dünyanın ən zəngini”

1 iyn 2023 11:32

İlon Mask “dünyanın ən zəngin adamı” titulunu yenidən qazanıb.

Metbuat.az xəbər verir ki, “Louis Vuitton” markasının daxil olduğu lüks istehlak malları qrupu “LVMH”nin prezidenti Bernard Arnault aprel ayında Maskı keçərək dünyanın ən varlı adamı olmuşdu.

“LVMH”nin səhmləri ucuzlaşdığı üçün İlon Mask yenidən "dünyanın ən zənginləri" siyahısında birinci yeri tutdu.

Bloomberg Milyarderlər İndeksinin "Dünyanın ən zəngin 500 adamı" siyahısına “Twitter”, “Tesla” və “SpaceX”in sahibi Mask 192 milyard dollar təxmin edilən xalis sərvəti ilə siyahıya başçılıq edir.

Qeyd edək ki, “Dünyanın ən zəngin adamları” siyahısında “Amazon”un sahibi Ceff Bezos 144 milyard dollar sərvətlə 3-cü, “Microsoft”un sahibi Bill Qeyts isə 125 milyard dollar sərvətlə 4-cü yerdə qərarlaşıb.


metbuat.az.