METBUAT.AZ

Gündəm

“İqlim dəyişməsi və davamlı torpaq idarəetməsi” konfransı başa çatdı -

28 iyn 2023 11:13

İqlim dəyişməsi və davamlı torpaq idarəetməsi - beynəlxalq konqresinin bağlanış mərasimi keçirilib.

Metbuat.az xəbər verir ki, AMEA-da Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan “İqlim dəyişməsi və davamlı torpaq idarəetməsi” mövzusunda beynəlxalq elmi torpaq konqresi bağlanış mərasimi ilə başa çatıb.

Mərasimdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İradə Hüseynova Avrasiya Torpaqşünaslar Cəmiyyətləri Federasiyasının təşkilatçılığı ilə keçirilən konqresin işindən böyük məmnunluq duyduğunu bildirib. Alim elmi müzakirə səhnəsinə çevrilən konqresdətəqdim edilən çıxışlarda ciddi elmi araşdırmalar, nəticələr, problemlər ortaya qoyulduğunu qeyd edib.

Avrasiya Torpaqşünaslar Cəmiyyətləri Federasiyasının prezidenti, AMEA-nın müşaviri akademik Qərib Məmmədov Beynəlxalq konqresin “Heydər Əliyev İli” çərçivəsində keçirilməsini əlamətdar hadisə adlandırıb. Akademik dünyanın 7 ölkəsindən 28 alim və mütəxəssisin iştirak etdiyi beynəlxalq konqresin işini yüksək qiymətləndirib.

Avrasiya Torpaqşünaslar Cəmiyyətləri Federasiyasının məsul katibi Rıdvan Kızılkaya çıxış edərək konqresin plenar məruzəçilərinə, konfrans iştirakçılarına, Təşkilat Komitəsinə təşəkkür edərək qeyd edib ki, üç günlük beynəlxalq konqres öz işini uğurla yekunlaşdırıb.

Tədbir də Qazaxıstan Respublikasının nümayəndəsi Roushan Ramazanova, Rusiya Federasiyasının nümayəndəsi Yuri Majayski, Pakistan İslam Respublikasının nümayəndəsi Səcid Rəşid Əhməd, Çexiya Respublikasının nümayəndəsi Matula Svatopluk çıxış edərək konqres təşkilatçılarına öz təşəkkürlərini bildiriblər və tədbirin ölkələr arasındatorpaqşünaslıq elmində müştərək fəaliyyətlərin həyata keçirilməsinə mühüm töhfələr verəcəyinə inandıqlarını qeyd ediblər.

Həmçinin çıxış edən İCEFSSS Təşkilat komitəsinin məsul katibi Fərid Mustafayev səmərəli fəaliyyətləri səbəbiylə konfrasın təşkilat komitəsinə və iştirakçılara öz dərintəşəkkür edib. Daha sonra konqresiştirakçılarına təşəkkürnamələr və sertifikatlar təqdim olunub.

Konfrasın bağlanış mərasimi qala gecəsi və ziyafət yeməyi ilə yekunlaşıb.


metbuat.az.