13 iyn 2023 11:39
Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn yük nəqliyyat vasitəsinə gömrük yoxlaması həyata keçirilib.
Metbuat.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, bu zaman malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə nəqliyyat vasitəsinin qoşqusunun taxta döşəməsinin altında konstruktiv müdaxilə ilə xüsusi olaraq düzəldilmiş gizli saxlanc yerindən gömrük nəzarətindən gizlədilmiş külli miqdarda narkotik vasitələr və psixotrop maddələr, habelə Azərbaycan Respublikasında dövriyyəsinə icazə verilməyən coxsaylı dərman preparatları aşkar edilərək götürülüb.
Faktla bağlı Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, aidiyyəti şəxslər cinayət məsuliyyətinə cəlb olunub.