16 iyn 2023 11:02
UEFA Millətlər Liqasının "Dördlər finalı"nda ikinci finalçı müəyyənləşib.
Metbuat.az xəbər verir ki, İspaniya və İtaliya milliləri üz-üzə gəliblər. Niderlandın "Tvente" stadionunda keçirilən görüş İspaniyanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, digər oyunda Xorvatiya Niderlanda 4:2 hesabı ilə qalib gələrək turnirin finalına yüksəlib. Həlledici matçda iyunun 18-də Xorvatiya İspaniya ilə qarşılaşacaq. 3-cü yer uğrunda isə Niderland İtaliya ilə üz-üzə gələcək.