METBUAT.AZ

İqtisadiyyat

İşsizlikdən Sığorta Fondunun büdcəsinin

19 iyn 2023 17:45

İşsizlikdən Sığorta Fondunun büdcəsinin gəlirləri və xərcləri artırılıb.

Metbuat.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “İşsizlikdən Sığorta Fondunun 2023-cü il büdcəsi haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərclərinin hər birinin 5 milyon manat artırılaraq müvafiq olaraq 212 milyon 668 min 344,50 manatdan 217 668 344,50 manata qaldırılıb.

2022-ci ilin sonuna İşsizlikdən Sığorta Fondunun istifadə olunmamış vəsaiti 53 032 194,5 manatdan 58 032 194,50 manata qaldırılıb və artan bu vəsait İşsizlikdən Sığorta Fondunun gəlirlərinə əlavə edilib.


metbuat.az.