19 iyn 2023 13:00
İstehlaka yararsız müxtəlif növ 33 ton süd məhsulu məhv edilib.
Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
“Sun Food” Məhdud Məsuliyyətli Cəmiyyətinin istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı agentliyə müraciəti əsasında ümumi çəkisi 33 ton olan müxtəlif növ süd məhsulu “EkoSum” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.