8 iyn 2023 16:24
Kanadada baş verən meşə yanğınlarının dumanı ABŞ-ın Nyu-York ştatına qədər çatıb.
Metbuat.az xəbər verir ki, Nyu-York ştatının qubernatoru Keti Hochul duman səbəbilə xalqa 1 milyon pulsuz N95 tipli maska paylanacağını açıqlayıb. O bildirib ki, hazırda təhlükəsiz olmağın ən yaxşı yolu evdə qalmaqdır.
“Açıq hava fəaliyyətini təxirə salmağı və ya ləğv etməyi tövsiyə edirik. Əgər vacib vaxtlarda çöldə olmaq lazımdırsa, yüksək keyfiyyətli maska taxın. Biz ekstremal hava şəraiti dövründə yaşayırıq. Keçən yay Nyu-Yorkda həddindən artıq quru hava şəraiti yaşandı və ştatda meşə yanğınları baş verdi.
İqlim dəyişikliyinə qarşı mübarizəmizi davam etdirərkən, buna hazır olmalı və yeni reallıq olduğunu qəbul etməliyik” – qubernator Keti Hochul deyib.