1 iyn 2023 10:31
"Kapital Bank" korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqlar üçün cizgi filmi hazırlayıb. Macara TV ilə birgə hazırlanan cizgi filmi uşaqların maarifləndirilməsinə yönəldilib. Animasiyada təbiətin mühafizəsi, xeyriyyəçilik və dostluq təbliğ olunur.
Cizgi filminin ssenarisinə görə Macaraland-ın sakinləri parkda olarkən Birbank kartı tapırlar. Birbank-ın personajı olan Biri balaca dostların köməyinə gələrək ödəniş kartı tapılan zaman hansı addımların atılmasını izah edir. Cizgi filminə Kapital Bank-ın YouTube sosial şəbəkəsindəki səhifəsində baxa bilərsiniz – https://youtube.com/watch?v=Uq026qkJME8.
Qeyd edək ki, cizgi filmi Macaraland komandası tərəfindən hazırlanıb (https://www.youtube.com/@MacaraTVqarashahin), layihənin rəhbəri və ssenari müəllifi isə Nəsibə İbrahimovaya məxsusdur.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 115 filialı və 30 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.