7 iyn 2023 16:36
Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov qardaş Türkiyə Respublikasının yeni daxili işlər naziri Əli Yerlikayaya vəzifəyə təyin olunması münasibətilə təbrik məktubu göndərib.
Metbuat.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, məktubda Ə.Yerlikayaya yeni vəzifəsində uğurlar arzulayan nazir K.Heydərov iki ölkənin fövqəladə hallarla mübarizə üzrə müvafiq qurumları arasında mövcud yüksək səviyyəli əməkdaşlıq münasibətlərinin daha da genişlənəcəyinə əminlik ifadə edib.