METBUAT.AZ

İqtisadiyyat

KOB-lar üzrə dövriyyə və daxilolmalar

27 iyn 2023 13:55

2021-ci illə müqayisədə 2022-ci ildə KOB-lar üzrə dövriyyə 19%, daxilolmalar 61% artıb, 4600-dən çox KOB subyektinin meyarı böyüyüb.

Bu barədə Metbuat.az-a Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.

Agentliyin məlumatına görə, Azərbaycanda sahibkarların 99%-dən çoxunu KOB subyektləri təşkil edir.

Fəaliyyətdə olan KOB subyektlərinin 97,3%-i mikro, 1,9%-i kiçik və 0,8%-i orta sahibkarlıq subyektləridir. Ölkəmizdə KOB subyektləri əsasən ticarət, kənd təsərrürfatı, tikinti, emal, logistika, sənaye, turizm, ictimai iaşə, nəqliyyat və digər sahələrdə fəaliyyət göstərirlər.


metbuat.az.