METBUAT.AZ

Ölkə

Kosmik sahədə dövlət tənzimləməsi qaydaları

24 iyn 2023 11:36

Kosmik sahədə dövlət tənzimləməsi qaydaları müəyyən edilir.

Metbuat.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Kosmik fəaliyyət haqqında” haqqında yeni qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, Azərbaycan Respublikasında kosmik fəaliyyətin tənzimlənməsi aşağıdakı istiqamətlərdə həyata keçirilir:
- kosmik fəaliyyət üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin), onlarla əlaqəli proseslərin və istehsal metodlarının sertifikatlaşdırılması;
- kosmik obyektlərin dövlət qeydiyyatı;
- orbital mövqelərin əldə edilməsi və qorunması;
- kosmik fəaliyyətin tənzimlənməsinin bu Qanundan irəli gələn digər istiqamətləri.
- Milli kosmik operatora öz fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahıda nəzərdə tutulmuş lisenziya və icazələrin alınması tələb olunmur.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq üçüncü oxunuşda təsdiq edilib.


metbuat.az.