METBUAT.AZ

Hadisə

Laçında ayı sakinə xəsarət yetirib -

22 iyn 2023 23:30

Laçında ayı sakinə hücum edib.

Metbuat.az xəbər verir ki, bu barədə Laçın təcili və təxirəsalınmaz tibbi yardım briqadasının həkimi Orxan Cəbrayıl bildirib.

O, qeyd edib ki, meşədən çıxan ayı rayonun Qorçu kənd sakini Nicat Qasımova hücum edib.

Nəticədə N.Qasımov sağ bud, sağrı və sağ əlindən xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.


metbuat.az.