15 iyn 2023 23:38
15 iyunda açılan atəş Laşına Böyük Qayıdışımıza da atılmış güllədir. Biz ermənilərin dinc keçidinə 3-cü ildir göz yumuruq, onlar isə... Hansı ölkə sərhədçisinə atəş açan qarşı tərəfə gül-çiçək yollayır, yaxud sərhəd qapısını açıb, “gəl, kef elə” deyir? Əgər ABŞ və ya Fransadan “Laçın yolunu aç” çağırış gəlsə, demək budəfəki qanı salan təkcə Rusiya deyil, həm də onlardır...Fransa Ermənistana silah və hərbi texnikanı Hindistanın əli, İranın yolu ilə göndərirsə, ABŞ bu faktı ittiham etmirsə, mənzərə aydındır...Və Şuşa Bəyannaməsinin ildönümü günündə törədildi bu terror aktı.
Zəngilan istiqamətində düşmənin ağır artilleriyanı da işə salmasından belə məlum olur ki, Azərbaycan 1920-ci ilin dekabrındakı ədalətsiz qərarı da təkbaşına icra etməli olacaq. Diqqət edin, bölgəyə soxulmaq üçün fürsət gəzən ölkələrdən biri Arazdəyəndə - Horazidə qədər uzanacaq dəmiryolunun üstündə zavod tikir, başqası Qafanda rus dilinin öyrədilməsi üçün “kurslar” açır, başqa biri “azad iqtisadi zona” yaradır...Məram-məqsədləri yolumuzu kəsməkdir! Düzülüblər Zəngəzur dəhlizinin üstündə. Hələ biri də var, dəmiryoluna nəzarət iştahına düşüb...
Bütün pislikləri yenəcəyik, inşallah! Qərbi Azərbaycana qayıdışımız ilahi ədalətin bərpası olacaq! Sonuncu azərbaycanlının tərk etdiyi Nüvədidən başlayacağıq, Allahın köməkliyi, Ordumuzun əzmi ilə! Proseslər göstərir ki, Azərbaycan ordusu təhlükəsiz zona, bufer məkan yaratmalı olacaq bu gedişlə, əks təqdirdə “maşa” rolunu oynayanların təxribatlarından sığortalanmaq çətin olacaq. Qardaş Türkiyə nümunəsi var: terrorçuların nəslini Şimali İraqda və Suriyada kəsir!