METBUAT.AZ

Hadisə

Lənkəranda həkim bıçaqlandı -

9 iyn 2023 11:28

Lənkəranda bıçaqlanma hadisəsi olub.

Metbuat.az xəbər verir ki, Nihad Malızadə stomatoloq kimi çalışan həmyerlisi, 1985-ci il təvəllüdlü Cəlal Azadovu bıçaqlayıb. Yaralı çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub.

DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, hadisəni törətməkdə təqsirli bilinən N.Malızadə şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Lənkəran ŞRPŞ-də cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, Cəlal Azadov Lənkəran rayonunun Göyşaban kəndində stomatoloq kimi fəaliyyət göstərir.


metbuat.az.