METBUAT.AZ

Dünya

Makron bu görüntülərə görə tənqid olundu -

20 iyn 2023 12:26

Fransa Prezidenti Emmanuel Makronun reqbi liqası çempionu “Tuluza”nın oyunçuları ilə paltardəyişmə otağındakı görüntüləri gündəm olub.

Metbuat.az xəbər verir ki, Makronun bir şüşə pivəni içməsi müzakirə olunub. Məlumata görə, çempion heyətin oyunçuları içdikləri pivədən bir şüşə Makrona veriblər. Makron pivəni içərkən oyunçular onu alqışlayıblar. Makron iri şüşənin içindəki pivəni 17 saniyə ərzində sona qədər içib.

Prezidentin görüntüləri birmənalı qarşılanmayıb. Sosial media istifadəçiləri Makronu təndiq ediblər. Sosialist partiyasının parlament sözçüsü Artur Delaport, "Prezident bunu etməməlidir" deyə etiraz edib.



metbuat.az.