METBUAT.AZ

Hadisə

Masallıda itkin düşən yeniyetmə qız tapıldı

14 iyn 2023 10:27

Bir neçə gün əvvəl itkin düşən Masallı rayonunun Ərkivan qəsəbə sakini, 16 yaşlı S.Şirinova tapılıb.

Metbuat.az xəbər verir ki, DİN-nin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində yeniyetmənin Lənkəran şəhərində olduğu müəyyən olunub və ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


metbuat.az.