17 iyn 2023 23:16
Rəsmi qurumlar Qaradağ rayon İcra Hakimiyyətinin qarşısında şəxsi maşınını yandıran Vətən müharibəsi qazisi Elnur Səmədova ayrılan sosial müdafiə tədbirləri ilə bağlı məlumat yayıblar.
Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, E.Səmədova 2021-ci ilin mart ayında müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I qrup) əlillik təyin edilib.
Bununla bağlı E.Səmədova aylıq təqaüd (500 manat), aylıq pensiya (746 manat), qulluğa görə ailə üzvlərinə aylıq təqaüd (100 manat) ödəməklə, ümumilikdə ona 1346 manat aylıq sosial ödəniş edilir.Həmçinin, ailəsinə son bir ildə ayda 479 manat olmaqla ünvanlı sosial yardım verilib.
Müharibə ilə əlaqədar əlilliyi olan şəxs kimi o, birdəfəlik sığorta ödənişi (8800 manat) ilə təmin edilib.
2021-ci ilin avqust ayında E.Səmədov avtomobillə, noyabr ayında isə ikiotaqlı evlə təmin olunub.
Ötən dövrdə E.Səmədov özünüməşğulluq proqramına da cəlb edilib və proqram çərçivəsində avtotəmizləmə xidməti üzrə kiçik biznesini yaratması üçün zəruri avadanlıqlarla təmin edilib.
Qeyd edək ki, YAŞAT Fondu tərəfindən mənzil-məişət şəraitinin yaxşılaşdırılması (evin təmiri) üçün 2021-ci ilin yanvar ayında 5000 manat maddi yardım edilib.2021-ci ilin iyulunda israilli həkim heyəti tərəfindən Bakıda müayinə və müalicəsi həyata keçirilib.2022-ci ilin yanvar ayında 1680 manat dəyərində, 2023-cü ilin aprel ayında 5716 manat dəyərində müalicə xərcləri qarşılanıb.