METBUAT.AZ

Siyasət

MDB sərhəd xidmətlərinin 87-ci iclasının tarixi və yeri açıqlandı

8 iyn 2023 15:49

MDB sərhəd xidmətlərinin növbəti iclası Ermənistanda keçiriləcək.

Metbuat.az xəbər verir ki, bu barədə MDB ölkələrinin Sərhəd Qoşunları Komandanları Şurasının Koordinasiya Xidmətinin sədri Aleksandr Manilov jurnalistlərə bildirib.

O qeyd edib ki, növbəti iclas bu ilin ikinci yarısında, təxminən oktyabrda İrəvanda keçiriləcək.

"Tədbirə hazırlıq işləri artıq başlayıb", - Manilov bildirib.


metbuat.az.