10 iyn 2023 23:06
İyunun 10-da saat 21 radələrində Abşeron rayonu Mehdiabad qəsəbəsində 1988-ci il təvəllüdlü Sultan İsrafil oğlu Əliyevin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qəsəbə sakini, S.Əliyevin keçmiş qayını, 1991-ci il təvəllüdlü Hüseyn Məmməd oğlu Qasımov polisin keçirdiyi tədbirlərlə saxlanılıb.
İlkin məlumata görə tərəflər arasında münaqişə aliment borc öhdəliyi ilə əlaqəli olub.