14 iyn 2023 16:03
Məhkəmə-Hüquq Şurasının tərkibi yeni qaydada təşkil olunacaq.
Metbuat.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Məhkəmə-Hüquq Şurası haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
Sənədə əsasən, Məhkəmə-Hüquq Şurasının 15 üzvdən ibarət tərkibi aşağıdakı qaydada təşkil olunacaq:
- hakimlərin konfransı tərəfindən seçilən kassasiya instansiyası məhkəməsinin üç hakimi;
- hakimlərin konfransı tərəfindən seçilən apellyasiya instansiyası məhkəmələrinin üç hakimi;
- hakimlərin konfransı tərəfindən seçilən birinci instansiyası məhkəmələrinin üç hakimi;
- Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilən hakim;
- Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təyin edilən şəxs;
- Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilən şəxs;
- Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən təyin edilən vəkil;
- Azərbaycan Respublikasının Milli Elmlər Akademiyası tərəfindən təyin edilən hüquqşünas alim;
- hüquq ictimaiyyətinin hakimlərin konfransı tərəfindən seçilən nümayəndəsi.
Qeyd edək ki, əvvəllər isə Məhkəmə-Hüquq Şurasının 15 üzvdən ibarət tərkibi aşağıdakı qaydada təşkil olunurdu:
- Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının rəhbəri (ədliyyə naziri);
- Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri;
- Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilən şəxs;
- Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təyin edilən şəxs;
- Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilən hakim;
- hakim assosiasiyaları tərəfindən təklif olunmuş namizədlər sırasından Azərbaycan Respublikası Ali Məhkəməsinin seçdiyi kassasiya instansiyası məhkəməsinin iki hakimi;
- hakim assosiasiyaları tərəfindən təklif olunmuş namizədlər sırasından Məhkəmə-Hüquq Şurasının seçdiyi apellyasiya məhkəmələrinin iki hakimi;
- hakim assosiasiyaları tərəfindən təklif olunmuş namizədlər sırasından Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin seçdiyi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi;
- hakim assosiasiyaları tərəfindən təklif olunmuş namizədlər sırasından Məhkəmə-Hüquq Şurasının seçdiyi birinci instansiya məhkəməsinin iki hakimi;
- Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (Ədliyyə Nazirliyi) təyin etdiyi şəxs;
- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən təyin edilən vəkil;
- Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təyin edilən şəxs.