METBUAT.AZ

İdman

Messinin PSJ-dən ayrılacağı rəsmən açıqlandı

1 iyn 2023 17:01

Lionel Messi PSJ klubu ilə müqaviləsini uzatmayacaq.

Metbuat.az xəbər verir ki, bu barədə PSJ klubunun baş məşqçisi Kristof Qaltye açıqlama verib. O bildirib ki, Messi mövsümün sonunda klubdan ayrılacaq.

Qeyd edək ki, mediada Lionel Messinin “Barselona”ya qayıtmaq qərarına gəldiyi barədə xəbərlər dərc edilib. Qeyd edək ki, Lionel Messiyə Səudiyyə Ərəbistanı klubundan da təklif göndərilib.


metbuat.az.