METBUAT.AZ

İdman

Mikrofonu əlinə aldı:

5 iyn 2023 09:25

Türkiyə superliqasının 36-cı həftəsində çempionluğunu elan edən “Qalatasaray” “Fənərbaxça” üzərindəki 3-0 qələbədən sonra bayram edib.

Metbuat.az xəbər verir ki, oyundan sonra “Qalatasaray” çempionluq kubokunu qaldırıb. Tədbirə dəvət edilənlər arasında bir sıra məşhur simalar da olub. Onların arasında müğənni Simge Sağın da olub. Müğənni “Aşkın olayım” mahnısını səsləndirərkən futbolçu Mauro İkardinin də onunla bərabar ifa etməsi diqqət çəkib.

Qeyd edək ki, Mauro İkardi ən çox sevdiyi mahnılardan birininin “Aşkın olayım” mahnısı olduğunu bildirmişdi.


metbuat.az.