22 iyn 2023 13:20
Hindistanın Baş naziri Narendra Modi ABŞ-a səfəri çərçivəsində BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən yoqa tədbirinə qatılıb.
Metbuat.az xəbər verir ki, insanlarla bir arada yoqa ilə məşğul olan Modi insanları dünya, ailə və gələcək üçün həmrəy olmağa çağırıb. O bildirib ki, yoqa təkcə sağlamlıq üçün deyil, həm də insanların bir-birinə mehriban olması üçün əhəmiyyətlidir. “Gəlin yoqanın gücündən dostluq körpüləri və dinc dünya qurmaq üçün istifadə edək” - Modi deyib.