METBUAT.AZ

Gündəm

Moskvada antiterror əməliyyatı rejimi

24 iyn 2023 10:29

Rusiya Milli Antiterror Komitəsi Moskva və Voronej vilayətlərində antiterror əməliyyatı rejimi tətbiq edir.

Metbuat.az TASS-a istinadən xəbər verir ki, bu barədə Komitə məlumat yayıb.

Qeyd edilib ki, sözügedən yerlərdə mümkün terror aktlarının qarşısını almaq üçün antiterror əməliyyatı rejimi tətbiq edilib.

Moskva meri Sergey Sobyanin paytaxtda bütün kütləvi tədbirlərin ləğv olunduğunu bildirib.


metbuat.az.