METBUAT.AZ

Gündəm

Moskvaya hərəkət dayandırılır -

24 iyn 2023 21:32

"Vaqner" özəl hərbi təşkilatının rəhbəri Yevgeni Priqojin Belarus prezidenti A. Lukaşenkonun gərginliyi azaltmaq üçün vasitəçilik təklifini qəbul edib.

Metbuat.az xarici mediaya istinadən bildirir ki, bu barədə Belarus Prezident Ofisi məlumat yayıb.

Ofisin rəsmi Teleqram kanalında yayımlanan məlumatda qeyd edilir ki, Priqojin "Vaqner" qüvvələrinin Rusiya ərazisizdəki hərəkətini dayandırmağa razılıq verib.


metbuat.az.