METBUAT.AZ

İdman

Mourinyo medaldan imtina etdi -

1 iyn 2023 11:25

Avropa Liqasında 2022/2023 mövsümünün final oyunundan sonra “Roma”nın baş məşqçisi Joze Mourinyonun davranışı diqqət çəkib.

Metbuat.az xəbər verir ki, gümüş medalın sahibi olan “Roma”nın məşqçisi ona verilən medalı azarkeşə bağışlayıb. Mourinyo oyun zamanı hakimin qərarlarına sərt etiraz edib.

"Hesab edirik ki, bu, bir çox mübahisəli hadisəni özündə birləşdirən ədalətsiz bir məğlubiyyətdir. İspan kimi görünən hakimin idarə etdiyi matç gərgin, cəsarətli və parlaq oyun oldu. Haqsızlıq onda özünü göstərir ki, Lamela ikinci sarı vərəqə almalı idi, lakin bu baş vermədi və o, penaltini qola çevirdi” - Mourinyo deyib.

Qeyd edək ki, həlledici matçda İspaniya “Sevilya”sı İtaliya “Roma”sı ilə üz-üzə gəlib. Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da oynanılan matçın əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə "Sevilya" daha dəqiq (4:1) olub.



metbuat.az.