7 iyn 2023 16:08
“Roma” klubunun baş məşqçisi Joze Mourinyo Səudiyyə Ərəbistanından aldığı təklifi qəbul etməyib.
Metbuat.az xəbər verir ki, böyük məvacib təklifinə baxmayaraq, Mourinyo İtaliyada baş məşqçilik fəaliyyətinə davam etmək istədiyini bildirib. Bildirilir ki, Mourinyo həmçinin PSJ klubunun təklifini də rədd edib. Məlumata görə, bşa məşqçi “Roma”nın heyətini gücləndirmək planını tamamlamaq istəyir.
Qeyd edək ki, “Roma” bu il Avropa Liqasının finalında “Sevilya” klubuna məğlub olub.