METBUAT.AZ

İdman

Mourinyo "Qalatasaray"ı "cin atına mindirdi"

6 iyn 2023 15:43

“Qalatasaray”da icarə əsasında çıxış edən Mauro İkardi karyerasına “Roma” klubunda davam edə bilər.

Metbuat.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat verib. Bildirilir ki, İtaliya A Seriyasında mövsümü 6-cı pillədə başa vuran “Roma” Temmi Abrahamın zədəsindən sonra forvard axtarışına başlayıb. Klubun baş məşqçisi Joze Mourinyo "Qalatasaray"dakı çıxışı ilə mövsümə damğasını vuran İkardini transfer etmək barədə tapşırıq verib. Məlumata görə, tərəflər arasında artıq danışıqlar başlayıb. İddialar görə, tərəflər razılıq əldə ediblər. Digər iddiaya görə, "Qalatasaray" İkardini klubda saxlamaq üçün ciddi səy göstərir.

Qeyd edək ki, müqavilə ilə PSJ-yə məxsus olan Maruo İkardinin yenidən İtaliyaya qayıtmaq istədiyi və “Roma”da oynamaq istədiyi bildirilir.


metbuat.az.