METBUAT.AZ

Gündəm

"Müdafiə xətti yarılanda Xankəndidə idim" -

27 iyn 2023 15:55

Paşinyan Azərbaycan Ordusunun ermənilərin müdafiə xəttini yardığı zamanı Xankəndi şəhərində olduğunu etiraf edib.

Metbuat.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 27-də parlamentin 44 günlük müharibəni araşdıran komissiyasının iclasında deyib.

"Səhv etmirəmsə, 5 oktyabr 2020-ci ildə mən Xankəndidə, ordunun komanda məntəqəsində idim. O vaxt artıq 9-cu müdafiə xətti yarılmışdı",- deyə o qeyd edib.

O həmçinin həyat yoldaşının müharibə zamanı bunkerdə hansı məqsədlə olduğunu izah edib: "Müharibə başlayanda arvadım mənə dedi ki, orda müharibə olanda mən İrəvanda boş qala bilmərəm, gedim ora, bəlkə orada adamlar olar, kömək edə bilərik. Akopyanın bunkerdə olmasının, ora getməsinin məqsədi bu idi"


metbuat.az.