METBUAT.AZ

Hadisə

Müsadirə olunmuş narkotik vasitələr məhv edildi

5 iyn 2023 18:57

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun ayrı-ayrılıqda Salyan, Biləsuvar, Masallı, Lənkəran və Yardımlı şəhər-rayon komissiyaları ilə birgə təşkilatçılığı əsasında qeyd olunan rayonlarda fəaliyyət göstərən Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyaları tərəfindən ümumilikdə 197 məhkəmə hökmü üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş az miqdarda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorları yandırılma yolu məhv edilməsi həyata keçirilib.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Komissiyasının mətbuat xidmətindən məlumat verilib.

Məhvetmə prosesləri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşının iştirakı ilə həyata keçirilmiş və videoçəkilişi aparılaraq müvafiq məlumat daşıyıcısı ilə birlikdə aktlara əlavə edilib.


metbuat.az.