13 iyn 2023 10:32
Paytaxtın Sabunçu rayonu Nardaran qəsəbəsində istirahət mərkəzində xuliqanlıq hərəkətləri törədən şəxslər müəyyən olunub.
Metbuat.az xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində fakta görə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. Hadisə iştirakçılarından bir qrupu saxlanılıb.
Cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.