4 iyn 2023 20:45
"James Web" teleskopu Saturnun peyki "Enceladus"un cənub qütbündə təxminən 10 min kilometr uzunluğunda donmuş su yığıntısının görüntüsünü çəkib.
Metbuat.az bildirir ki, nəhəng su buludu ilə bağlı danışan NASA uçuş mərkəzindən Ceronimo Vilanueva qeyd edib:
"Görüntüyə baxdıqda ilk öncə yanıldığımı düşündüm. Aydan 20 dəfə böyük bu su buludu məni təəccübləndirdi".
Alimlər su kütləsinin 30%-nin buludun içində qaldığını, yerdə qalanın isə Saturn sistemindən xaricə yüksək sürətlə yayıldığını təxmin edirlər.
Elm adamları bildirir ki, Saturn Yupiterin okean peykləri Günəş sistemimizdən kənarda həyat tapmaq üçün ümid edilən yerlər arasındadır. Sözügedən su buludu sayəsində yeni məlumatlar əldə etmək mümkün olacaq ki, bu da elm adamları üçün yeni fürsət deməkdir.
"James Web" teleskopu Yerdən kənarda həyatın var olub-olmadığını araşdırmaq üçün Saturnun peyki "Enceladus"un səthindəki kimyəvi maddələri incələyəcək.