12 iyn 2023 17:15
Almaniyada NATO-nun genişmiqyaslı “Hava Müdafiəsi” adlı hava təlimləri başlayıb.
Metbuat.az xəbər verir ki, iyunun 23-dək davam edəcək təlimlərdə 25 ölkədən 10 min hərbçi, 250 təyyarə iştirak edir. Məlumata görə, təlimlər üçün ABŞ-dan çox sayda döyüş təyyarəsi Avropa gəlib. Təlimlərə Amerikanın beşinci nəsil F-35 qırıcıları da qatılır.
Məlumata görə, təlimlərin məqsədi NATO ölkələrinin müdafiə bacarıqlarını artırmaqdır. Bu, NATO-nun indiyə qədər təşkil etdiyi ən böyük hava təlimidir.