8 iyn 2023 12:58
NATO-nun keçmiş baş katibi Anders Rasmussen bəzi NATO ölkələrinin Ukraynaya qoşun göndərə biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Metbuat.az xəbər verir ki, Rasmussen bu barədə NATO-nun Vilnüsdə keçirilən sammitində deyib. O bildirib ki, əgər üzv dövlətlər, o cümlədən ABŞ Kiyevə ciddi təhlükəsizlik zəmanəti verməsə, bir qrup NATO ölkəsi Ukraynaya qoşun göndərməyə hazır ola bilər:
"Əgər NATO Ukrayna barədə razılığa gələ bilməsə, bəzi ölkələr ayrı-ayrılıqda hərəkətə keçəcək. Bilirik ki, Polşa Ukraynaya konkret yardım göstərməklə məşğuldur. Polşa bu baxımdan daha da fəaldır. Düşünürəm ki, Ukrayna Vilnüsdə heç nə əldə etməsə, polyaklar içəri girib könüllülərdən ibarət koalisiya yaratmağı ciddi şəkildə düşünəcəklər. Polşanın davranışlarını qiymətləndirmək lazımdır. Polyaklar düşünürlər ki, Qərbi Avropa uzun müddət onların real rus mentalitetinə qarşı xəbərdarlıqlarına qulaq asmayıb”.
ABŞ-ın NATO-dakı səfiri Culian Smit isə deyib ki, ölkəsi Ukraynanın NATO ilə münasibətlərində irəliləyiş olduğunu göstərmək üçün bir sıra variantları nəzərdən keçirir.