METBUAT.AZ

İqtisadiyyat

Naxçıvan MR-də vergi daxilolmaları 39 faizdən çox artıb

12 iyn 2023 16:14

Naxçıvan Muxtar Respublikasında (MR) vergi daxilolmalarında müsbət dinamika davam edir.

Metbuat.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, 2023-cü ilin 5 ayında muxtar respublikanın Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 63,3 milyondan çox vergi daxil olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 39,5 faiz və ya 17,9 milyon manat çoxdur.

Bu ilin may ayı üzrə vergi daxilolmalarında 2022-ci ilin müvafiq dövrünə nisbətən 31,2 faiz və ya 2,9 milyon manat artım qeydə alınıb.


metbuat.az.