23 iyn 2023 01:21
“Azərbaycan Hava Yolları”nın əlverişsiz hava şəraiti ilə əlaqədar Bakıdan Naxçıvana təxirə salınmış reysləri hava şəraiti yaxşılaşdığı təqdirdə iyunun 23-də saat 06:00-da yerinə yetiriləcək.
Metbuat.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-dən bildirilib.
Reyslər:
J2-2251 (uçuş saatı 17:30),
J2-265 (uçuş saatı 18:00),
J2-261 (uçuş saatı 19:40),
J2-257 (uçuş saatı 21:30),
Bu marşrut üzrə təxirə salınmış digər reyslərin sərnişinlərinə uçuş saatı haqqında əlavə məlumat daha sonra veriləcək.
Gecikmiş reyslərin sərnişinləri aviaşirkətin rəsmi sosial şəbəkə hesablarında və KİV-lərdə ən son məlumatları əldə edə, eləcə də callcenter@azal.az elektron ünvanı vasitəsilə əlaqə saxlaya bilərlər.