METBUAT.AZ

Ölkə

Nazirlikdən hava ilə bağlı XƏBƏRDARLIQ:

9 iyn 2023 16:31

Azərbaycanın rayonlarında iyunun 10-u gündüz qərb rayonlarından başlayaraq 12-si səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən "Metbuat.az"a verilən məlumata görə, əsasən Qazax-Gəncə, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Xaçmaz rayonlarının bəzi yerlərində leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Şərq küləyi bəzi yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.


metbuat.az.