METBUAT.AZ

Elm və Təhsil

Nazirlikdən MİQ üzrə müsahibədən kəsilənlərlə bağlı

6 iyn 2023 12:44

Əvvəlki imtahanlarda testdən keçib müsahibədən kəsilənlər növbəti mərhələdə yalnız müsahibə mərhələsindən keçəcəklər.

Metbuat.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin insan resursları şöbəsinin müdiri Eşqi Bağırov müəllimlərin sertifikatlaşdırılması və işə qəbulu üzrə müsabiqə mövzusunda keçirilən mətbuat konfransında deyib.

"Testdən keçib, müsahibədən keçə bilməyənlərin sayı azdır. Belə müəllimlər imtahanda yalnız müsahibə mərhələsindən keçəcəklər", - deyə nazirlik rəsmisi vurğulayıb.


metbuat.az.