20 iyn 2023 09:40
Atlantik okeanında turistləri “Titanik” gəmisinin qəzaya uğradığı yerə aparan sualtı qayıq itib.
Metbuat.az xarici KİV-nə istinadən xəbər verir ki, qayıqda neçə nəfərin olduğu məlum deyil. ABŞ-nin Boston Sahil Mühafizəsi tərəfindən axtarış-xilasetmə əməliyyatına başlanılıb.
Məlumata görə, itən sualtı qayığın 96 saat davam etmək imkanına malik oksigen ehtiyatı var. Əgər sualtı qayığın oksigen təchizatı zədələnməyibsə, ekipaj üzvlərinin sağ qalmaq üçün cümə axşamı Böyük Britaniya vaxtı ilə səhər saat 6-ya qədər vaxtı olacaq.
İtkin düşənlər arasında Ceff Bezosun “Blue Origin” raketi ilə kosmosa uçan britaniyalı milyarder və tədqiqatçı Hamiş Hardinq də var.