METBUAT.AZ

Hadisə

Oğuzda ağır qəza: Ölən və yaralananlar var -

13 iyn 2023 19:48

Oğuzda minik avtomobilləri toqquşub, ölən və yaralananlar var.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Padar kəndi ərazisindən keçən hissəsində baş verib.

"Toyota" və "VAZ-2106" markalı minik avtomobillərin toqquşması nəticəsində "VAZ 2106"-da olan bir sərnişin hadisə yerində ölüb. Qəza zamanı hər iki avtomobildə olan bir-neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


metbuat.az.